Şrift:
Mərhum milli fəalın məzar daşı sökülüb
30.07.2020 [14:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sökülən məzar daşının üzərində Azərbaycan türkcəsində etiraz məzmunlu şeir (sahibsiz olan məmləkətin batması haqdır/ biz sahib olursaq bu vətən batmayacaqdır) yazılmışdı.





Ötən aylarda İranın təhlükəsizlik orqanları bu məzar daşının dəyişdirilməsini tələb etmişdilər.


Əziz Purvəli 2019-cu il mayın 23-də Təbrizdə xəstəlikdən vəfat edib və Təbrizin “Vadi rəhmət” qəbiristanlığında torpağa tapşırılıb. O, həyatda olduğu zaman Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

Mərhumun olduqca izdihamlı keçən dəfn mərasimi ərəfəsində İran təhlükəsizlik qüvvələri milli fəallara təzyiq göstərərək bir neçə fəalı saxlamışdılar.





İranda hakimiyyətə qarşı mübarizə aparan siyasi və milli fəalların, eləcə də digər dinlərə mənsub insanların məzarını dağıtmaq və təhqir etmək yaxın tarixdə dəfələrlə təkrarlanıb.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed