Şrift:
İranda daha 226 nəfər koronavirusdan ölüb, 2621 nəfər xəstəliyə yoluxub
30.07.2020 [14:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə iyulun 30-da məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib ki, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 16 569 nəfərə, pandemiya xəstəliyinə yoluxanların ümumi sayı isə 301 530 nəfərə çatıb.


Sima Sadat Larinin dediyinə görə, indiyədək 261 200 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4041 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 16 569 nəfərə, yoluxanların sayının isə 301 530 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 80 500 nəfəri keçdiyini, 5 milyon 300 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed