Şrift:
Həbsdə olan milli fəal ailəsi ilə əlaqə saxlayaraq diri olduğunu bildirib
31.07.2020 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, Tehranda həbsdə olan Məhərrəmzadə ailəsi ilə qısa müddətli telefon danışığında diri olduğunu bildirib.

Keçən 3 il müddətində Məhərrəmzadə barəsində heç bir məlumat yox idi.





O, 2018-ci ilin fevral ayında Tehranda keçirilən etiraz aksiyaları zamanı 400-dən çox Qonabad dərvişi ilə birlikdə həbs edilmişdi.

Məhərrəmzadənin zindanda xəstəlikdən əziyyət çəkdiyi, vəziyyətinin ağır olduğu bildirilir.





Şərqi Azərbaycan əyalətinin Əhər şəhərindən olan 39 yaşlı Məhərrəmzadə 1999-2007-ci illəri arasında azərbaycanlıların milli-mədəni hüquqları uğrunda aktiv şəkildə fəaliyyət göstərib.





O, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed