28.10.2011 [13:55] - Gündəm
ABŞ-dan İrana qarşı məxfi əməliyyatlar çağırışı
ABŞ Konqresində çərşənbə günü keçirilmiş dinləmələrdə İrana qarşı, o cümlədən də bu ölkənin xüsusi xidmət orqanları rəhbərlərinin fiziki məhvinə yönəlmiş “məxfi əməliyyatların” keçirilməsi çağırışları səslənib.
“İranın Amerika torpağında terrorçu əməliyyatları” adını almış tədbirə bir sıra ekspertlər, o cümlədən keçmiş hərbçi və xüsusi xidmət orqanlarının nümayəndələri dəvət olunub.
“Düşünmürəm ki, kimisə güllələməsək, bu insanları real şəkildə qorxutmaq, diqqətlərini cəlb etmək olar” – deyə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Ryüel Mark Gerekt dinləmələrdə bildirib.
“İslam inqilabı keşikçiləri korpusunun (Sepah) bu əməliyyata aidiyyatı olduğunu hesab ediriksə, o zaman Həsam Süleymanini (“əl-Qüds” xüsusi xidmət orqanının rəhbəri) məsuliyyətə cəlb etmək lazımdır – deyə, Gerekt bildirib. – O çox səyahət edir. Ya onu ələ keçirməyə, ya da məhv etməyə cəhd göstərmək lazımdır”.
“Nə üçün biz 30 ildən artıq bir müddətdir ki vətəndaşlarımızın qətlini təşkil edən “əl-Qüds” liderlərinə bunu davam etdirməyə imkan veririk? – ehtiyatda olan general Keyn sual verib. – Bu halda nə üçün biz onları öldürmürük? Biz ki, Birləşmiş Ştatlara qarşı terror təşkilatlarına rəhbərlik edənləri məhv edirik”.
İRAN RƏSMİSİNDƏN AÇIQLAMA: URMİYA GÖLÜNƏ SU KƏMƏRİ ÇƏKİLƏCƏK
Oktyabrın 27-də jurnalistlərə açıqlama verən İran Ətraf Mühit Təşkilatının rəisi Məhəmmədcavad Məhəmmədizadə qurumaqda olan Urmiya gölündən danışıb. Məhəmmədcavad Məhəmmədizadə deyib ki, Urmiya gölünün su ilə təmin olunması üçün Kürdüstan əyalətindən bu gölə kəmər çəkilməsi nəzərdə tutulub: “Kəmərin uzunluğu 140 kilometr olacaq”.
Urmiya gölünə Araz çayından da su çatdırılması planından danışan Məhəmmədizadə bu haqda araşdırma aparıldığını vurğulayıb: “Energetika Nazirliyi bu planın mümkün olub-olmadığını araşdırır. Lakin əvvəlcə bu çaydan bizim payımıza düşən suyun miqdarını müəyyənləşdirmək lazımdır”.
Mərhum Mühəndis Əmani Təbriz zindanında anılıb
Azərbaycanlı fəallar Təbriz zindanında tanınmış milli-mədəni fəal mərhum mühəndis Qulamrza Əaminin vəfatının 3-cü ildönümünü anıblar.
Qardaşları ilə birlikdə şübhəli şəkildə həyatını dəyişən Əmaniyə həsr olunmuş anım mərasimi, dünən (oktyabrın 26-da baş tutub.
Qeyd edək ki, İranda azərbaycan türklərinin hüquqları uğrunda mübarizənin tanınmış simalarından biri Qulamrza Əmani 2008-ci il oktyabrın (October) 23-ü axşam saatlarında avtomobil qəzasında qardaşları ilə birlikdə həlak olub. Qəza Təbriz yaxınlığında baş verib: «Avtomobil böyük tutumlu yük maşını ilə toqquşub. Onunla birgə maşında olan dörd nəfərin hamısı ağır yaralanıb. Onları Təbrizin mərkəzindəki İmam Rza xəstəxanasına çatdırsalar da, Qulamrza Əmani və qardaşının həyatını xilas etmək mümkün olmayıb».
Xatırladaq ki, mərhum əmani milli zəmindəki fəaliyyətlərinə görə, ömrünün ən gözəl illərini həbsdə keçirib. O, ilk öncə 5 il müddətinə yaxın həbs edilib. Sonra isə 1385-ci il xordad hadisələri (2006-cı il may hadisələri) zamanı tutuqlanıb və 2 ay müddətinə yaxın həbs edilib. O, bunlardan başqada 10 dəfə tutuqlanıb və qısa müddət saxlanılıb.
ALLAH rəhmət eləsin
Zahid Oruc: “İran bu cür təbliğatla azərbaycanlıları milli azadlıq mübarizəsindən yayındırmaq istəyir”
Ötən həftə İranın nüfuzlu İslam alimi Ayətullah Məkarim Şirazini rəsmi Bakının ünvanına sərt tənqidlər səsləndirrib.
"Mehr" agentliyinin məlumatına görə, O, Qum şəhərinin Əzəm Məscidində xaric dərsinə başlamazdan öncə etdiyi çıxışda (adətən bu zaman tələbələrin sualları cavablandırılır -K.) son zamanlar Azərbaycanda islamofobiyanın genişlənməsini tənqid edib: “Azərbaycan Respublikası (cümhuriyyəti) əhalisi demək olar ki, şiədir. Amma bir müddətdir ki, Azərbaycan Respublikası hökuməti məscidləri dağıdır və insanlara hücum edir” - deyə o, bildirib.
Bu hadisə ilə təxminən eyni zaman kəsiyində İranın dini mərkəzi Qum şəhərində əl-Mustafa Akademiyasında “Azərbaycan Respublikasında İslami Oyanışa Dayaq və Anti-islam Siyasətlərinin Məhkum Edilməsi” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Qum Dini Hövzəsində təhsil alan İran, Azərbaycan və digər ölkələrdən olan tələbələr çıxış edərək, Azərbaycan Respublikasında islamofobiya siyasətinin olduğunu iddia edib, azərbaycanlıların bu istiqamətdə apardıqları mübarizəsini dəstəklədiklərini bildiriblər.
Konfransın sonunda qəbul olunan bəyanatda isə AİP (Azərbaycan İslam Partiyası) rəhbərlərinin və dindarların, Bakıda keçirilən aksiyalar (yürüşlər) zamanı həbs olunan şəxslərin azadlığa buraxılması tələb olunub. Bəyanatda qeyd olunur ki, “on aya yaxındır ki, dindarlar, xüsusilə tanınmış ruhanilər Azərbaycan Respublikasının həbsxanalarında hakim diktatorların əsiri olub. Onların yeganə günahı (əgər belə demək olarsa) hicabın, dini dəyərlərin müdafiəsidir”.
Qeyd edək ki, bu, İrandan Azərbaycana yönəlik ilk təhdid mesajı deyil. Daha əvvəl də bu kimi çağırışlar, hədə ifadələri səslənib. Bəzi müşahidəçilər bunu İran hakimiyyətinin Azərbaycanda siyasi stabilliyi (sabitliyi) pozmaq cəhdi kimi qiymətləndirir. İki gün öncə YAP (Yeni Azərbaycan Partiyası) sədrinin müavini, deputat (millət vəkili) Əli Əhmədov son hadisələrə münasibət bildirib. Ə.Əhmədov deyib ki, İranda belə bir konfransın təşkil olunması iki dövlət arasında qonşuluq münasibətlərinə uyğun gəlmir, münasibətlərə kölgə salır: “İran və Azərbaycan arasında qonşuluq münasibətləri elə bir səviyyədədir ki, bu ölkələrdən heç biri digərinin daxili işlərinə qarışmaq niyyətində olmamalıdır. Eyni zamanda bu işlərə qarışmaq kimi qiymətləndirilə biləcək hərəkətlər etməməlidirlər. Orada səsləndirilən bəzi fikirləri, təhdidləri Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirmək olar. Bu da yolverilməzdir”.
İqtidaryönümlü deputat Zahid Oruc isə hesab edir ki, İran dövlətinin başlıca məqsədi Azərbaycan dövlətinin zəif olmasıdır. Deputatın fikrincə, İran hakimiyyəti həm də öz daxilində olan problemləri, xüsusilə də azərbaycanlıların milli-azadlıq mübarizəsinin qarşısını almaq üçün Azərbaycanın üzərinə bu şəkildə hücum edir.
Z.Oruca görə, İran Azərbaycanın xarici-iqtisadi siyasətini özünə təhlükə hesab edir: “Xəzər hövzəsində strateji mənzilli silahlarını yerləşdirir, dənizin digər çevrəsində azərbaycan əsilli insanları başqa ərazilərə köçürür ki, coğrafi uzantı şəklində xalqın birgələşməsi baş verməsin. İrandan hər il 40 ton narkotik (müxəddir maddələri) ixrac olunur və bunun vasitəsilə Azərbaycan gəncini zəhərləyirlər. Bunu həm də ona görə edirlər ki, İrandakı öz vətandaşlarına göstərsinlər ki, azadlığın aqibəti belə olur. İran Azərbaycanın cənub ərazilərində təbliğat aparır və buradakı insanları öz təsiri altına almağa çalışır. Gələcəkdə bundan separatçılıq vasitəsi kimi istifadə etmək istəyir”.
Z.Oruc deyir ki, İran din ixracı vasitəsilə öz siyasi sistemini Azərbaycana yayır. Deputatın fikrincə, İran Azərbaycandakı tolerant (xöşgörü) mühiti özünə təhlükə kimi görür: “Ötən dəfə İran ordu qərargah rəisi Azərbaycan haqqında təhdid dolu açıqlamalar vermişdi. Azərbaycandan gənclərin dini təhsil adı ilə İrana aparılması, ölkədə dini ədəbiyyatın yayılması və dini tədbirlərin maliyyələşdirilməsi kimi addımlar Azərbaycana təhdidin bir hissəsidir”.
Z.Orucun fikrincə, İran Azərbaycanda inanclı insanları öz tərəfinə çəkmək, guya ölkədə İslamafobiya olması ilə bağlı təbliğat aparıb özünün dini kəsimdən ibarət elektoratını yaratmaqdır: “Burada məqsəd gələcəkdə hakimiyyət uğurunda mübarizədə onlardan istifadə etməkdir”.
Deputatın müşahidəsinə görə, bu kimi addımlar Azərbaycanda xalq içində anti-İran ovqatını gücləndirib: “Söhbət hökumətdən getmir. Azərbaycan hökuməti çalışır ki, İranla normal münasibətlər davam eləsin. Amma xəlqi mənada İran Azərbaycan xalqını, eləcə də Cənubi Azərbaycandakı xalqı özünə qarşı qoyub”.
Amerika konqresində “İranın Amerika torpağında terrorçu əməliyyatları” adı altında tədbir keçirilib
ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresində çərşənbə günü keçirilmiş dinləmələrdə İrana qarşı o cümlədən də bu ölkənin xüsusi xidmət orqanları rəhbərlərinin fiziki məhvinə yönəlmiş “məxfi əməliyyatların” keçirilməsi çağırışları səslənib.

Bu xəbər oxucular tərəfindən 1332 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |