Şrift:
Qərbi Azərbaycanda əmtəə qaçaqmalçıları ilə baş verən silahlı qarşıdurmada 2 İran sərhədçisi həlak olub
01.08.2020 [12:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran hüquq-mühafizə qüvvələrinin bununla bağlı yaydığı məlumata əsasən, hadisə iyulun 30-u axşam saatlarında Qərbi Azərbaycan əyalətinin Sərdəşt (Sarıdaş) sərhəd məntəqəsində baş verib.


Bildirilir ki, bölgədə reyd keçirən sərhədçilər bir qrup əmtəə qaçaqmalçısının səhədi pozaraq, qanunsuz yolla ölkə ərazisinə əmtəə daşıdığının şahidi olub və həmin şəxsləri dayandırmağa çalışıb.


Nəticədə, sərhədçilərlə qaçaqmalçılar arasında silahlı qarşıdurma yaranıb. Atışma nəticəsində İran sərhədçiləri Mətin Saidi və Mehdi Məleki güllə yarası alaraq yerindəcə həlak olublar.


Qeyd edilir ki, silahlı qarşıdurma zamanı qaçaqmalçılardan bir neçəsi hökumət qüvvələri tərəfindən yaxalanıb və onların ölkə ərazisinə gətirdiyi bütün qaçaq mallar isə müsadirə edilib. Hadisənin detalları barədə hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed