Şrift:
Ağ Ev: "İran hökuməti sülh və təhlükəsizliyi təhdid etməyi dayandırmayana qədər sanksiyalar davam edəcək"
01.08.2020 [14:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə "Twitter"də yaza Şura İrana qarşı filiz, eləcə də hərbi, nüvə və raket proqramlarında istifadə etdiyi maddələrlə bağlı tətbiq edilən son sanksiyalara toxunaraq, rəsmi Vaşinqtonun Tehrana qarşı embarqoları daha da genişləndirdiyini bəyan edib.


Qeyd etmək lazımdır ki, bir neçə gün əvvəl ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İrana qarşı filiz sektorunda qəbul edilmiş sanksiyaların daha da genişləndiyi barədə məlumat yaymışdı. O, həmçinin qeyd etmişdi ki, İranın nüvə və raket proqramında istifadə etdiyi 22 xüsusi maddə də sanksiyalar siyahısına salınıb.


Bu addımı İranın filiz sektoruna qarşı sanksiyaların genişlənməsi adlandıran Pompeo İranın raket və nüvə proqramlarını qlobal sülh və təhlükəsizliyə qarşı ciddi təhdid adlandırmışdı.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed