Şrift:
Məhbus azərbaycanlı fəal Tohid Əmir Əmini ikinci dəfə olaraq ad gününü həbsxanada qeyd edib
02.08.2020 [12:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata əsasən, Tehranın Evin zindanında saxlanılan və ad gününü onunla eyni korpusda saxlanılan digər məhbuslarla birlikdə qeyd edənTohid Əmir Əmini ictimaiyyətə ünvanladığı bir mesajda, Azərbaycan uğrunda silvil mübarizəsini davam etdirəcəyini bəyan edib.


O deyib ki, hər hansı bir zülm və təzyiq onu getdiyi haqq yolundan saxlaya bilməyəcək “Biz qoymayacağıq ki, qorxu gələcəyimizi əlimizdən alıb, bizim yaşamımızı müəyyənləşdirsin. Biz, həqiqəti düşünüb tanrının sözlərinə dayanaraq, ağıl və məntiqlə addım atacaq, qorxulu meydanlardan içimizdə olan iman gücü ilə başıuca çıxacağıq” –deyə, azərbaycanlı fəal Tohid Əmir Əmini xalqa ünvanladığı müsajında bəyan edib.


Qeyd edək ki, Ərdəbil əyalətinin Ənqut şəhərinin sakini olan Tohid Əmir Əmini, 2019-cu ilin fevral ayında Beynəlxalq Ana Dili Günü manasibətilə yaydığı yazılı vərəqələrə görə həbs edilib. İran məhkəməsi azərbaycanlı fəala qarşı əsassız ittihamlar irəli sürərək onu 7 il yarım həbsə məhkum edib.
Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed