Şrift:
İranın Minab şəhərinin imam-cüməsi koronavirusdan ölüb
02.08.2020 [13:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın “İsna” agentliyinin yaydığı xəbərə əsasən, üç həftə əvvəl “Covid-19” infeksiyasına yoluxduğu üçün Qum şəhərinin xüsusi rejimli xəstəxanalarının birinin reanimasiya şöbəsində müalicəsini davam etdirən axund Əlirza Səfayi Haeri, avqustun 1-də keçinib.


Bildirilir ki, bir həftə əvvəl səhhətinin kəskin pisləşməsinin ardınca komaya düşən axund, ağciyərində və tənəffüs yollarında yaranmış ciddi problemə görə, həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq vəfat edib.


Axund Əlirza Səfayi Haeri 2019-cu ilin noyabr ayında Minab şəhərinin imam-cüməsi vəzifəsinə təyin edilməklə yanaşı, həm də İranın “dini” liderinin bu şəhərdəki nümayəndəsi sayılırdı.


Qeyd edək ki, son aylar İranın bir sıra yüksək vəzifəli şəxsləri, o cümlədən də bir neçə imam-cüməsi və İran parlamentinin bəzi deputatları pandemiya yoluxucu xəstəliyindən vəfat ediblər.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed