03.11.2012 [11:35] - Xəbərlər, Siyasət
İraqın Baş naziri Nuri Əl-Maliki Bağdadda PKK liderləri görüşüb.Türkiyə mətbuatının verdiyi xəbərə görə, görüş barədə məlumatı İraqın yerli KİV-ləri də təsdiqləyiblər. Türkiyə mətbuatının yazdığına görə, Maliki Cəmil Bayık və Mustafa Karasu ilə görüşüb.
Təlabaninin də razılığı ilə baş tutan görüşdə Əsəd qüvvələrinə yardım edilməsi müzakirə olunub. PKK Malikidən yardım müqabilində silah və pul istəyib. İraq Baş naziri isə hər cür dəstək veriləcəyini deyib.
Bundan əlavə, Türkiyə mətbuatı görüşün İran hökuməti tərəfindən təşkil olunduğunu yazıb və qeyd edib ki, hər üç güc Əsədə yardımla bağlı birləşmək qəraraına gəliblər. Bir qrup PKK döyüşçüsünün Suriyaya göndərildiyi də gələn xəbərlər arasındadır.

Bu xəbər oxucular tərəfindən 1318 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |