Şrift:
Qırğızıstanda COVID-19-a yoluxanların sayı 37 mini keçib
03.08.2020 [12:47] - Gündəm, Sağlıq
Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 410 adam yoluxub və virusdan xəstələnənlərin sayı 37 min 129 nəfərə çatıb.

Bu haqda Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Aynura Akmatova Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, son 24 saatda virusdan 11, ümumiyyətlə isə 1420 xəstə ölüb.

Bildirilib ki, hazırda xəstəxanalarda 7 min 792 pasiyent var.

Son 24 sutkada virusa 20, bütünlükdə isə 2 min 829 tibb işçisi yoluxub.

A.Akmatova deyib ki, sutka ərzində 101 və 80 yaşlı xəstələr koronavirusdan sağalıb.

O deyib ki, ötən gecə Moskvadan 423 Qırğızıstan vətəndaşı, o cümlədən 41 azyaşlı uşaq ölkəyə gətirilib.
Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed