03.11.2012 [13:08] - Mədəniyyət, DAVAMın yazıları
Milli dəyərlərimizin qədrin bilməliyik
Bir millət kimi indiyə qədər başımıza gələnlərin hamısı unutqanlığımızın nəticəsində gəlib. Bunu bilirik, amma bir nəticə çıxarıb tədbir görmürük: niyə?
Bax elə bütün məsələ də bundadır.
Keçək mətləbə. Axır vaxtlar ancaq xarici diasporanın yardımı və Rusiyada fəaliyyət gösətərən iş adamlarının reklamları hesabına Ermənistan telekanalları yeni proqramlar axtarışına başlayıb. Belə ki, Ermənistanın onsuz da az izlənilən, yalnız millətçilikdən və kilsələrdən bəhs edən proqramlar hazırlayan (göstərən) ən böyük telekanalları “Şant” və “Arm - 1” dövlət kanalı öz verilişlərini daha baxımlı etmək üçün müxtəlif variantlara əl atırlar. Bunlardan biri də fərqli yaş qrupları arasında (14, 25, 40 və daha yuxarı) “erməni xalq mahnıları” yarışmalarının təşkil edilməsidir. Maraqlıdır ki, yarışmada oxunan mahnıların əksəriyyəti Azərbaycan xalq mahnılarıdır. O mahnılar ki, başı şou-biznesə qarışmış bizim müğənnilər tərəfindən çox nadir hallarda oxunur və ya heç oxunmur. Bizim televiziya kanallarının da bu məsələyə ögey münasibətləri danılmazdır. Ermənilərin isə məqsədi ilk növbədə unudulmaqda olan mahnıları yaddaşlarda saxlamaq, gənc nəslin buna marağını artırmaq və Azərbaycan xalq mahnılarını özününküləşdirməkdir.
Bu mahnılardan bəziləri haqqında məlumat verək. Məsələn :
“Dərələr” ( Ş.Ələkbərovanın ifasında olan)
“Anamdan bir dəsmal aldım”
“Aç xurcunu, kəs almanı”
“Gözəlim sənsən” ( Yaralıyam dəymə mənə)
“Mən sənə qurban, mən sənə heyran”
“Mehribanım dur oyna”
“Yana - yana”
«Üç telli durna»
«Bizim qızlar bullağı»
“O olmasın, bu olsun” və “Arşın mal alan” filmlərindəki Ü.Hacıbəyovun bütün mahnıları, çoxsaylı Azərbaycan oyun havaları .
Acınacaqlısı odur ki, ermənilər ifa etdikləri mahnılarda əksər Azərbaycan sözlərini olduğu kimi oxuyurlar. Bunlar elə sözlərdir ki, onları ermənicəyə tərcümə edərkən həm mahnının, həm də musiqinin uzlaşması və mahiyyəti itir.
Məsələn: Bats xurcunı, dur danaqı
Qis xndzorı, dur yarin
Dilim - dilim
Mahnının dəqiq tərcüməsi belədir :
Aç xurcunu, ver bıçağı
Böl almanı, ver yara
Dilim - dilim.
Burada dilim dilim sözünü erməni ədəbi dilində söyləsəydilər mahnıda bir uyğunsuzluq yaranardı. Bu mahnının müzakirəsi zamanı məsələ o yerə çatır ki, söz alan erməni professor mahnının sonunda deyilmiş “dilim - dilim” sözlərinin qədim erməni sözləri olduğunu bildirir.
Bundan başqa ermənilər yaman, yana-yana, aman-aman, yar, yar-can, bala, balacan, qurban, usta çale, ceyran, nazənin, nazlı, boyuna-posuna, xəbər və s. sözlərindən də mahnılarda çox istifadə edirlər. Bəzən də bu sözlərin onların dilində olmadığını bildikləri üçün özlərini sığortalayaraq sözlərin və mahnıların Sayat Novaya aid olduğunu söyləyirlər. Halbuki, oxunan mahnıların əksəriyyəti Sayat Novadan çox - çox sonrakı dövrdə yaranıb. Əslən Qarabağdan olan bir erməni müəllifi isə daha da irəli gedərək “Sayat Nova - ermənicə və türkcə mahnıları və oyun havaları” adlı bir kitab çıxartdırıb.
Şeirlərinin 130-u (türkcə) azərbaycanca 60-ı isə ermənicə olan və erməni əsilli olduğu hələ də mübahisəli olan Sayat Novanın həm də oyun havaları yazdığından kimsənin xəbəri yoxdur. Özü də o oyun havaları ki, Sovet hakimyyəti illərində bizim sənətkarlar və bəstəkarlar tərəfindən yaradılmışdır.
Fikir verirsinizsə, yuxarıda adları qeyd olunan mahnılar arasında ermənilərin ən çox iddia etdikləri “Sarı gəlin”in adı yoxdur. Ona görə ki, son bir neçə il ərzində bizim müğənnilərin əksəriyyəti müxtəlif konsertlərdə və bütün televiziya kanallarında, hətta xarici səfər konsertlərində “Sarı gəlin”i o qədər səsləndirmişlər ki, artıq ermənilər özləri də başa düşmüşlər ki, bu mahnının onlara aid olması barədə apardıqları təbliğat mənasızdır.
Deməli, belə nəticəyə gəlmək olar ki, ermənilər ən çox bizim uzun müddət ifa etmədiyimiz mahnıları özəlləşdirmək istəyirlər. Ona görə də biz çalışmalıyıq ki, keçirilən bütün tədbirlərdə və konsertlərdə xalqımızın əsl mənəvi dəyəri olan qədim xalq mahnılarına üstnlük verək. Bu işdə televiziya və KİV - in üzərinə böyük vəzifələr düşür. Çünki mənim bildiyimə görə düşmənçiliyimizə baxmayaraq, ermənilər ən çox bizim televiziya verilişlərinə baxırlar. Biz də bu fürsətdən maksimum istifadə etməliyik. Mədəniyyət işçilərimiz, sənətkarlarımız, jurnalist və yazarlarımızla birlikdə çalışmalıyıq ki, bütün dünyada tanınan və hörmət qazanan milli - mədəni və mənəvi dəyərlərimiz olan xalq mahnılarımızın qədrini bilək, mənfur qonşularımızın onları özününküləşdirməyə imkan verməyək.
Atalarımız yaxşı deyib: “Yeməyənin malını yeyərlər”.
BDU-nun Erməni araşdırmaları Elmi-Tədqiqat Laboratoriyasının böyük elmi işçisi İsmayıl Tanrıverdi

Bu xəbər oxucular tərəfindən 1522 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |