Şrift:
Həbsdə olan 3 güney azərbaycanlı fəal yeni korpusa köçürülüb
05.08.2020 [10:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fəallar avqustun 4-də ailələri ilə əlaqə saxlayaraq Evin təcridxanasının 4-cü korpusunun karantin bölümündən 8-ci korpusa köçürüldüklərini bildiriblər.





İran təhlükəsizlik qüvvələri Əlirza Fərşi və Behnam Şeyxini həbs edən zaman onlara qarşı güc tətbiq edərək milli fəalları möhkəm döyüblər.

Yanvarın 20-də Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.





Fəallar və onların vəkili Seyid Məhəmməd Fəqihi irəli sürülən bütün ittihamları rədd edərək məhkəmə prosesinin qanuna uyğun həyata keçirilmədiyini bildirmişdilər. Azərbaycanlı fəallar vurğulamışdır ki, məhkəmənin verdiyi qərar İran İslam Respublikasının qeyri-fars millətləri, o cümlədən Azərbaycan millətinin ana dilinə olan münasibətini göstərəcək və bu qərar tarixdə qalacaq.





Qeyd edək ki, yüzlərlə güney azərbaycanlı sosial şəbəkə istifadəçisi iyulun 31-dən başlayaraq ana dilində məktəb tələb etdikləri üçün həbs edilən milli fəalların azadlığını tələb edən statuslar paylaşıblar.

Sosial şəbəkə istifadəçiləri paylaşdıqları statuslarda Tövhid Əmir Əmini, Kiyanuş Aslani, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Manaflı və Ana dili həştəqlərindən istifadə ediblər.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed