Şrift:
Milli fəal Rza Vasiqi məhkəməyə çağırılıb
05.08.2020 [15:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məhkəmənin Elektron Sistemi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən, Vasiqi 5 gün ərzində Ərdəbil İnqilab Məhkəməsinin 8-ci şöbəsinə müraciət etməlidir.

Çağırış vərəqəsində milli fəalın “dövlət məmuruna qarşı müqavimət göstərmək”də günahlandırıldığı bildirilib.





“Bölücülük və millətçilik məzmununda mətnlər yaymaqla milli təhlükəsizliyə qarşı sözləşmə və toplaşma”da günahlandırılan Rza və Əli Vasiqi qardaşları həmçinin avqustun 10-da Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etməlidirlər.





Vasiqi qardaşları iyunun 10-da İran təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerlərində yaxalanmışdılar. İran rejiminin hüquq-mühafizə orqanları əməkdaşları milli fəallara saxlanmalarına dair məhkəmə hökmünü göstərmədən onları döyərək həbs etmişdilər.

Məmurların qardaşlara qarşı fiziki zorakılığı o qədər şiddətli olmuşdu ki, məsələyə qonşular və ətrafda olan mağaza sahibləri də etiraz etmişdi.





Milli fəallar iyunun 16-da hər biri 110 milyon tümənlik mülki vəsiqə ödəməklə müvəqqəti azadlığa buraxılıblar.





Azadlığa çıxandan sonra Əli və Rza Vasiqinin sosial şəbəkələrdə yayılan fotolarında onların təhlükəsizlik qüvvələri tərəfindən döyülmələri nəticəsində bədənlərində yaranan yara izləri açıq-aydın görünürdü.
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed