Şrift:
Rəzəvi Xorasanda qadınlara velosiped sürmək qadağan edilib
05.08.2020 [15:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Rəzəvi Xorasan əyalətinin Velosipedçilər Klubunun sədri Mehdi Ruzbəhanənin sözlərinə görə, sözügedən qərargah bu sahədə verilmiş icazələri alaraq, qadınların ictimai məkanlarda velosiped sürməsinin qadağan edilməsinin məqsədəuyğun olduğunu bildirib.


O, qadınların velosiped sürməyə icazəsini hansı qurumun verdiyini açıqlamayıb. Lakin iyun ayının ortalarında Torqəbə və Şandiz rayonunda da qadınların velisiped sürməsi "əmr be məruf" qərargahının qərarı ilə qadağan edilmişdi.


Qeyd etmək lazımdır ki, “Əmr be məruf və nəhy əz münkər” İranın bütün şəhərlərində şöbəsi olan hökumət qurumudur.


Digər tərəfdən, bir müddətdir ki, İranda axundlar da sözügedən məsələyə qarşı çıxırlar. İyun ayının sonlarında Məşhədin imam-cüməsi Əhməd Ələmülhuda da qadınların ictimai yerlərdə velosiped sürməsinin qadağan olunmasını tələb edərək, onların kişilərin gözlərindən uzaq, kənar yerlərdə velosiped sürməsinin daha yaxşı olduğunu bildirmişdi.


O iddia etmişdi ki, qadınların universitetlər kimi ictimai yerlərdə velosiped sürməsi gənclərin "cinsi hislərini alovlandırır" və bununla da universitet elm ocağı əvəzinə, "fəsad mərkəzinə çevrilir".


Ümumiyyətlə, bu məsələ 20 ildən artıqdır ki, İranda müzakirə edilir. Bir neçə il əvvəl "dini lider" Əli Xamneyi də qadınların ictimai məkanlarda velosiped sürməsini "caiz" saymamışdı.
Bu xəbər oxucular tərəfindən 592 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed