Şrift:
"Persopolis" klubunun rəhbərinin müavini "ETTELAAT" tərəfindən həbs edilib
05.08.2020 [15:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Futbol klubu xəbəri "yalan" adlandırsa da, İdman Nazirliyi yaydığı bəyanatda bildirib ki, Nazirliklə ETTELAAT-ın korrupsiya qarşı apardığı mübarizə çərçivəsində paytaxt klublarından birinin rəsmisi tutulub.


Bəyanatda qeyd edilir ki, Gənclər və İdman Nazirliyi idman sahəsində korrupsiya faktlarının aradan qaldırılması üçün ETTELAAT-la bundan sonra da koordinasiyalı şəkildə fəaliyyətlərini davam etdirəcək.


Mehdi Xacəvənd "Persopolis"in prezidenti Mehdi Rəsulpənaha ən yaxın şəxs hesab edilir.


Məlumatlara görə, əməliyyat zamanı "Persopolis"in rəhbərinin iqtisadi məsələlər üzrə müavini Rza Yelve də həbs edilib, lakin bir müddət sonra sərbəst buraxılıb.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed