05.11.2012 [10:25] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan hökumətinin qərarına əsasən bundan sonra Suriya erməniləri Ermənistan ali təhsil məktəblərində ödənişsiz oxuyacaqlar. Hazırda bu kateqoriyaya aid tələbələrin sayı 100 nəfərdir.
Ermənistan Diaspora Nazirliyinin nümayəndəsi Firdus Zakaryan bildirib ki, Suriyanın erməni diasporası döyüşlər başlayandan çıxılmaz duruma düşüb. Bununla əlaqədar olaraq nazirlikdə Suriya erməniləri ilə iş üzrə xüsusi komissiya yaradılıb.
Nazirliyin məlumatına görə, 2012-ci ildə Suriyanı tərk etmiş ermənilərin 80 faizi (9000 nəfərdən artıq adam) Ermənistanda məskunlaşıb. Onlardan 4000-ni bir müddətdən sonra yenidən Suriyaya qayıdıb.
Zakaryanın sözlərinə görə, ilk əvvəl Ermənistanda işləyən suriyalılar bu ölkədə orta statistik əmək haqqı ilə razılaşa bilmirdilər. Qeyd edək ki, bu məbləg (200-300 dollar) onlar üçün çox cüzi idi. Ermənistan dövlət klinikalarında da suriyalılara pulsuz tibbi yardım göstərilir.

Bu xəbər oxucular tərəfindən 1367 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |