Şrift:
Amerika TŞ-ya İranın silah embarqosunun uzadılmasına dair yeni qətnamə təqdim edib
06.08.2020 [09:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qətnamənin mətnində həmin ölkələrdən İranla silah alışı və satışından çəkinmək istənilir.


ABŞ bu ölkələri İranla hərbi ləvazimatların satışı, daşınması, saxlanması və istifadəsi sahələrində hər cür texniki, maddi və ya müşavirə kimi köməklər etməməyə çağırır.


Məlumatlara görə, qətnamənin mətni rəsmi Vaşinqtonun iyun ayında TŞ-ya təqdim etdiyi qətnamə ilə eyniyyət təşkil edir. Bu isə onu göstərir ki, Tramp administrasiyası müttəfiqləri və müxaliflərinin mətndə düzəlişlər etməklə bağlı çağırışlarına müsbət yanaşmayıb.


Bununla belə, ABŞ-ın BMT yanındakı səfiri Kelli Kraft Çin və Rusiyanın qətnaməyə veto qoyacağının gözləndiyini deyib. Lakin həm o, həm də Dövlət katibi Mayk Pompeo bunun baş verdiyi təqdirdə, rəsmi Vaşinqtonun 2015-ci il nüvə razılaşmasında nəzərdə tutulan tətik mexanizmindən istifadə edəcəyini bildirirlər. Bu mexanizm BMT-nin İrana qarşı qəbul etdiyi bütün sanksiyaların təcili surətdə yenidən qüvvəyə minməsini nəzərdə tutur.


Kelli Kraft həmçinin qeyd edib ki, BMT üzvü olan digər ölkələr ABŞ-ın bu məsələdə strategiyası ilə razılaşıblar, lakin Rusiya və Çin yenə də qətnaməyə veto qoymaq istəyirlər.


"Rusiya ilə Çin bunu etsə, onları da tədric etməyi düşünürük və bununla da həmin iki ölkə bədnam olacaq. Hamı bunun zülmlə azadlıq arasında seçim olduğuna əmin olacaq", - deyə səfir əlavə edib.


Digər tərəfdən, Pompeonun bildirir ki, nüvə razılaşmasından çıxmasına baxmayaraq, hələ də ABŞ-ın tətik mexanizmindən istifadə etmək hüququ var.


Qeyd etmək lazımdır ki, İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasına əlavə edilən BMT-nin 2231 saylı qətnaməsi bu ilin oktyabr ayında sona çatır. Sənəd dünya ölkələrinə İranla hər növ hərbi ləvazimatların alış və satışı sahəsində əməkdaşlığı qadağan edir. ABŞ bir müddətdir ki, bu embarqonun müddətinin uzadılmasına çalışır.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed