Şrift:
İran Livana ikinci dəfə humanitar yardın göndərib
06.08.2020 [13:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Livana ikinci dəfə humanitar yardın göndərib.

Bu barədə məlumatı İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Kərim Himməti məlumat verib. O bildirib ki, yardım 150 min dollar dəyərində tibbi ləvazimat və dərmanlardan, 55 ton ərzaq məhsulundan, 30 nəfər peşəkar həkimdən və bir neçə modul tipli səhra xəstəxanasından ibarətdir.

Bundan başqa İran partlama nəticəsində yaralanan livanlıları Tehran xəstəxanalarında müalicə olunmasını və müalicə xərclərini üzərinə götürmək təklifini də irəli sürüb.

İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi də Livan xalqına başsağlığı verərək İran tərəfindən lazım olan bütün yardımların göstəriləcəyini bəyan edib. Rəhbər bildirib ki, İran daim Livan xalqının və dövlətinin yanında olacaq.

Qeyd edək ki, avqustun 4-də Beyrut şəhərinin liman rayonunda bir neçə güclü partlayış baş verib. Partlayış dalğası şəhərdəki binaların yarısını dağıdıb və ya zədələyib. Son məlumata görə, insident nəticəsində 100-dən çox insan həlak olub, 4 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, bir çoxu itkin düşüb, 300 min nəfər evsiz qalıb. Partlayışın ölkəyə azı 3 milyard dollar zərər vurduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 570 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed