Şrift:
İranlı rəsmidən xəbərdarlıq: "Tehranda Beyrut partlayışından da dəhşətli faciə yaşana bilər"
07.08.2020 [09:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Onun sözlərinə görə, Tehranın şimal qərbində yerləşən Şəhran məhəlləsində mövcud olan neft anbarı potensial olaraq saat bombası kimidir və hər an partlayaraq, Beyrut partlayışından da böyük faciəyə səbəb ola bilər.


Tehran Şəhər Şurasının Büdcə Komitəsinin rəhbəri olan Məcid Fərahani qeyd edib ki, yaşayış zonasında iri həcmli çənlərin yerləşdiyi belə deponun mövcud olması böyük təhlükədir.


Rəsmi ərazinin tektonik bölgədə yerləşməsini anbarın yaratdığı əsas təhlükələrdən biri adlandırıb.


"Bundan başqa, gün ərzində anbarın böyük çənlərindən təqribən 300 tanker yüklənir. Həmin tankerlər şoseyə çıxmaq üçün əhalinin yaşadığı küçələrdən istifadə etməlidilər. Hansı ki, bu küçələr kəskin yoxuşlara sahibdir. Bu isə o deməkdir ki, Şəhran qəsəbəsində hər gün 300 tankerin aşaraq faciəyə səbəb olma təhlükəsi yaşanır", - deyə Məcid Fərahani əlavə edib.


O, sonda əlavə edib ki, neft-kimya müəssisələrinin, habelə neft anbarlarının yaşayış zonalarından çıxarılması artıq lokal yox, milli tələbə çevrilib.


Qeyd etmək lazımdır ki, sözügedən depo 1974-cü ildə tikilib. Həmin dövrlər anbarın ətrafı çöllük olsa da, Tehranın böyüməsi ilə onun ətrafında yaşayış evləri tikilib.
Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed