28.10.2011 [15:20] - Siyasi partiyalar, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev "Gündəlik Bakı" qəzetinin suallarını cavablandırıb.
Tərcümeyi-halında oxuyuruq: - 1993-cü ildə isə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə komitəsinin sədri, Əbülfəz Elçibəyin 1-ci müavini olub, 1990-ci ildə o zamankı Ali Sovetin deputatı seçilib, o zamankı "DemBlok"un üzvü, parlamentdə "Müstəqillik aktı"nı hazırlayan həmmüəlliflərdəndir. Azərbaycanda ilk dəfə Ordubad ərazisində 5 sərhəd zastavasını rus ordusundan təhvil alıb milliləşdirilməsinin, ərazidəki bütün sovet ordusuna məxsus əmlak, silah və texnikanın milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik edib.
1990-cı il Yanvar qırğınından sonra Bakıda rus işğalçılarına qeyri-leqal dirəniş üçün Güney Azerbaycandan olan hərakatçıların da iştirakı ilə yarım hərbi "Qisas" Təşkilatı formalaşdırıb. Naxçıvanın ən yüksək zirvəsində yerləşən "Soyuq" adlı (bura Naxçıvanın Murovdağı da deyirlər) Uzaq Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissəni 1991-ci il dekabrın 17-də rus-erməni hərbi birləşmələrindən 24 nəfərlə birlikdə ələ keçirib. Bu əməliyyata görə, prezident Əbülfəz Elçibəy tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülsə də, ondan imtina edib. Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə -könüllü batalyonların yaradılmasına rəhbərlik edib. Yəqin ki, çoxlarınız 31 saylı Suraxanı II seçki dairəsindən millət vəkili seçilmiş Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Fərəc Quliyevin həyat və fəaliyyətindəki bu məqamlarla tanış deyilsiniz. Tanış olmadığımız, barəsində ətraflı məlumatlar ala bilmədiyimiz digər məqamlarla isə Fərəc Quliyevlə müsahibəmizdə əldə etdik:
- Fərəc bəy, rəhbəri olduğunuz Milli Dirçəliş Hərəkatı Partiyasının fəaliyyəti nə yerdədir?
- Biz bu təşkilatı bir neçə il bundan əvvəl - 2003-cü ildə təsis etmişdik, 2011-ci ildə qeydiyyatdan keçdik. Təşkilatımız qeydiyyatdan keçmədiyi dövrdə də aktiv fəaliyyətdə oldu və Azərbaycanda digər partiyalardan fərqli olan sistemli şəkildə fəaliyyətimizi davam etdirirdik. Təşkilatımızda departament institutu formalaşıb. Bizdə Qərbi Azərbaycan, Güney Azərbaycan, Qarabağ, Borçalı, Bakı və Abşeron kəndləri və s. departamentləri mövcuddur. İstəyirik ki, həmin məsələlərlə bağlı oturuşmuş fəaliyyət göstərək və bunu indiyə qədər də belə etmişik. Bir neçə gün əvvəl bəzi departamentlarin qurultaya hazırlıq məqsədilə konfranslarını keçirdik. Daha çox çalışırıq ki, problemlərin üstünə gedək və bunu təşkilatlanmış formada edək. Fəaliyyətimizi həm də günlük məsələlərlə - Azərbaycanda baş verən ictimai-siyasi proseslərlə, habelə respublikamızla bağlı olan bölgə hadisələri, dünyada baş verənlərə münasibətimizi ifadə etməklə davam etdiririk. Seçkilərlə bağlı hazırlıq işləri görürük. Hesab edirik ki, seçkilərə indidən hazırlaşmaq lazımdır. Partiyamızın gənclər təşkilatının da fəaliyyəti aktivdir. Yaxın günlərdə türk dünyası, Türkiyə və Azərbaycan münasibətləri ilə bağlı ən yaxşı məqalələrə dair yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimini keçirəcəyik. Gənclərimiz idmançılara xüsusi qayğı göstərirlər. Bir neçə gün bundan əvvəlki "Cənub" idman zalının açılışında bizim də dəstəyimiz vardı. Hər həftə “Elçibəy məktəbi” təşkil edirik və orada ən müxtəlif mövzularda dərslər keçiririk. Eləcə də "Savalan məktəbi”nin təşkilinə hazırlaşırıq. Həmin dərslərə orta məktəblərdə təhsil alan şagirdləri cəlb etmək istəyirik. Ana məqsədimiz gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə, bu əzmdə qalmasına nail olmaqdır. Güney Azərbaycanla bağlı ağrılı məsələlərin mövcudluğunu duyuruq. Bununla bağlı "Davam" qəzetinin xüsusi buraxılışı 4 səhifəlik "Təbriz" qəzeti nəşr olunur. Habelə "Davam.az" xəbər portalında da güney məsələlərinə xüsusi diqqət ayırırıq. Hesab edirik ki, güney məsələlərinə biganə qalmaq olmaz. Təbii, Güney Azərbaycan departamentinin başqa davranışları, fəaliyyətləri də var. Bu yaxınlarda bütöv Azərbaycan tarixi, coğrafiyası ilə bağlı kitabların nəşr edilməsinə dəstək vermişik.
Mən parlamentdə fəaliyyət göstərir, partiyamızı təmsil edir, siyasi təşkilatımızın mövqeyini əks etdirirəm. Eləcə də "Avronest" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüyəm.
- Oktyabrın 18-də sizin xidmətinizin də mühüm rol oynadığı əlamətdar tarixi hadisənin - müstəqilliyimizin iyirminci ildönümü qeyd edildi. Qeyd olunma millət vəkili olaraq sizi qane etdimi?
- Açığı, məni qane etmədi, daha geniş tədbirlərin təşkilini, mərasimlərin milli azadlıq hərəkatına adekvat olacağını düşünürdüm. Hesab edirdim ki, əsas diqqət buna yönələcək ki, müstəqillik necə əldə olunub. Tədbirlərdə müstəqillikdən sonrakı dönəmin təhlilinə yer verildi və ən azından SSRİ-nin saxlanılmasının əleyhinə səs vermiş istiqlalçı deputatlara laqeyd münasibət oldu. İstiqlal günümüz, müstəqillik bayramımız qeyri-iş günü elan edilmədi. Adətən dünyada ayrı-ayrı ölkələrin dövlət başçıları istiqlaliyyət günü münasibəti ilə bir-birlərini təbrik edirlər. Bu bayram digər bayramlardan üstündür. Yəni biz millətin milli şüurunun formalaşmasına uyğun olaraq gəlib müstəqilliyə qovuşuruq. Bundan böyük bayram olmaz ki! Düşünürəm ki, istiqlalın əldə edilməsi millətin özünü ifadə etməsinin ən yüksək formasıdır. Qeyd olunma məni qane etmədi. Hesab edirəm ki, "sandıq ədəbiyyatı" deyilən ədəbiyyatlarda müstəqilliklə bağlı gerçək həqiqətlər var. Kimin nə deməsindən asılı olmayaraq hər kəs anlamalıdır ki, bu azadlığı bizə verməyiblər, müstəqillik alınıb. Bayaq istiqlalçı deputatların adlarını əbəs yerə hallandırmadım. Bu insanlar millətin, xalqın səsi, boğazı, qolu idi ki, həmin sənədlərə imza atırdılar. Onlar bayırda baş verən nəhəng izdihamdan, hərəkatdan böyük enerji alırdılar. Bu, Azərbaycan xalqının gərgin mübarizələrdən keçən qələbəsidir. Bu qələbə Azərbaycan müstəqilliyini itirəndən gedən 200 illik mübarizənin yekunudur, bir gündə əldə edilən nailiyyətin nəticəsi deyil. Güney Azərbaycan 4 dəfə müstəqillik əldə edib. Quzey Azərbaycanda 1918-ci ildə müstəqil dövlətimiz olub. ADR-dən sonrakı dönəmdə Quzey Azərbaycanda qaçaqçılıq hərəkatı başlayıb. Bu, ötən əsrin 30-cu illərinin sonuna qədər davam edib. İkinci Dünya Müharibəsində Düdənginskinin, Rəsulzadənin rəhbərliyi altında rus işğalına qarşı mübarizə aparılıb. 60-cı illərdə dissident hərəkatı mövcud idi. 80-ci illərdə bizlər meydanda olduq. Bütün bunlar taleyimizin qismətinə yazılıb, mən bunu özümüzü böyütmək üçün demirəm. Bütün bunlar millətin fədakarlığı idi və zənnimcə, bu adekvat işıqlandırılmadı.
- Parlamentdə təmsil olunan müxalifət partiyaları sədrləri arasında əməkdaşlıq hansı səviyyədədir? Siz "İslahat" blokunda da təmsil olunmursunuz.
- Xeyr, olunmuram, bilirsiniz niyə? Ümumiyyətlə, partiyamızın blok siyasətinə qarışmamaq barədə qərarı var. Çünki blok siyasəti siyasi hərəkətləri bir qədər məhdudlaşdırır. Məcbursan ki, təəhhüdlər götürəsən, bir çərçivədə davranasan. Eləcə də tərəfdaşlarının qəbul olunan və olunmayan davranışlarının daşıyıcısı, bölüşdürücüsü olursan. Bununla yanaşı, həmin blokdan kənarda fəaliyyət göstərənlərlə əməkdaşlıq imkanları məhdudlaşır. Bizim xəttimiz bundan ibarətdir ki, hakimiyyətdə, yaxud müxalifətdə təmsil olunmasından asılı olmayaraq, Azərbaycanın milli maraqlarına uyğun olan istənilən davranışı kim ortaya qoyursa, milli mənafelər naminə o prinsipləri, hərəkətləri müdafiə edək. Eləcə də hakimiyyətdə və ya müxalifətdə təmsil edilməsindən asılı olmayaraq, Azərbaycanın milli maraqlarına zidd hərəkətlər olursa, ona qarşı çıxırıq. Bizim üçün əsas olanı ölkəmizin milli maraqlarıdır. Hər hansı fikrin kim tərəfindən deyilməsi bizim üçün əsas deyil. Əsas olanı hansı fikrin deyilməsidir. Bu mənada biz bloklarda təmsil olunmuruq. Amma Milli Məclisdə təmsil olunan təşkilatlarla da, kənardakı siyasi qurumlarla da normal münasibətlərə malikik.
- Eks-prezidentlərlə bağlı qanuna münasibətdə mövqeyiniz nədən ibarətdir? Bəzilərinin Elçibəyə və Mütəllibova qarşı subyektiv münasibətləri sizcə, nədən irəli gəlir?
- Parlamentin ötən iclasında da çıxış etdim. Qeyd edim ki, çox təəssüf, çıxışlarımı KİV-də qısqanclıqla verirlər, əksər hallarda ümumiyyətlə, vermirlər. AzTV xüsusi diskriminasiya tətbiq edib orda. Amma bu, aylarla, illərlə danışmayan deputatlara tətbiq edilmir. Parlamentdəki çıxışımda da dedim ki, mən eks-prezidentlərlə bağlı qanunun qəbulunu müsbət hal kimi qiymətləndirirəm. Mən əvvəllər də bu qanunun qəbulunun zəruriliyini bildirmişdim. Sənəddəki bir sıra məqamlarla bağlı təkliflərimi verdim. Bildirdim ki, 10.1, yaxud 3.1 bəndlər vardı ki, bu, prezidentlərə tətbiq edilməməlidir. Əgər hər hansı şəxs prezidentliyi dövründə yanlışlığa yol verirsə, yaxud cinayət törədirsə və buna görə ona cəza verilirsə, həmin adam artıq bunun bədəlini ödəmiş olur. O, cəzasını çəkib həbsdən azad olursa, bu şəxsin eks-prezident statusuna toxunula bilməz. Axı bu törətdiyi əmələ görə cəza alıb. Həmin şəxs cəza alıbsa, bu artıq ona qarşı ikinci cəzanın tətbiq edilməsidir. İnsana etdiyi hər hansı hərəkətə görə iki dəfə cəza vermək olmaz. Bu, hüququn ana qanunlarından biridir. Mən həmin iki bəndin çıxarılmasını təklif etdim. Həmin iki bənd həm də 11.1 bəndlə də təzad təşkil edir. Hesab edirəm ki, həmin maddənin ora salınması indiki halda eks-prezidentlərə məhdudiyyət yaratmaq üçün əl yeri qoymaqdır. Həmin səbəbdən də belə təkliflə çıxış etdim. Əlbəttə bu, birinci oxunuşda qəbul edilib. Təkliflərin üzərində dayanacağıq. Mən cəmiyyətdə barış istəyirəm, elə çıxışımda da bildirdim ki, bu, islahatçı qanundur. Bunun birmənalı şəkildə Əbülfəz Elçibəyə tətbiq edilməsinin tərəfdarıyam. Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, qanun bütün keçmiş prezidentlərə, o cümlədən Ayaz Mütəllibova da şamil olunacaq.

Müsahibəni götürdü: Anar TAĞIYEV
Bu xəbər oxucular tərəfindən 1665 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |