07.08.2020 [10:57] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ekspertlər hesab edirlər ki, Rusiya miqrantlar olmadan ayaqüstə dayana bilməz
Rusiyadakı miqrantlarımız Azərbaycana dönərlərsə, bunun nə ilə nəticələnə biləcəyi barədə müzakirələr son günlərdə qızışıb. Buna səbəb də Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyevin səsləndirdiyi fikirlərdir. O deyib ki, miqrantlara ehtiyacımız var, amma əsas işçi ruslar, sonra miqrantlardır.
Hər kəs bu fikirdədir ki, koronavirus və digər səbəblərdən ölkələrdə yaranan işsizliyə görə mütləq miqrantların geri dönüşü prosesi başlayacaq. Doğrudur, Rusiyada azərbaycanlı miqrantlar tacik, özbək kimi xalqlara nisbətən azdır. Amma 2 milyondan çox olduğumuzu da unutmayaq. Onlardan çox yox, 10 faizi belə geri qayıdarsa, bunun sonucları barədə ən müxtəlif ehtimallar irəli sürülür.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev Rusiyanın miqrantlara ehtiyacının olduğunu söylədi:
“Miqrant problemi bütün ölkələrdə var. Amma məsələ orasındadır ki, Rusiyadakı miqrantlara ehtiyac çox böyükdür. Mən iş adamlarının birisindən bir neçə il öncə öyrənmişdim ki, ona təzyiq ediblər və Türkiyədən gəlib tikintidə çalışan insanların ruslarla əvəz olunmasını istəyiblər. İş adamı deyib ki, Türkiyədən işləmək üçün gələn 500-dən çox insan var. Təklif edib ki, içki içməyən, işləyən 500 nəfər rus təqdim olunsun. Türklərə geri qaytaracağını, onların işləyəcəyini deyib. Təsəvvür edin ki, bir nəfər belə verə bilməyiblər. Bu məsələnin sadəcə bir tərəfidir. İndi rəqabət dünyasıdır. İşlərin yolunda getməsi üçün bacarıqlı adamlara ehtiyac var. Üstəlik yaxınlarda bazarda baş verən məlum hadisədə də gördünüz ki, Rusiya hökuməti ciddi şəkildə narahat oldu ki, miqrantlar arasında baş verənlər rus əhalisi üçün də problem yaradır. Daxili bazarda bir bölgü var. Oturuşub. Digər sahələrdə də artıq miqrantlar oturuşublar. Azərbaycanlılar orada təkcə bazarlarda meyvə satmaqla məşğul deyillər. Kosmos sahəsində rəhbərlikdə təmsil olunan ciddi yerlərdədirlər. Məsələnin digər tərəfi odur ki, heç bir azərbaycanlı gedib orada rusun çörəyini yemir. Çalışıb, əməkhaqqını alır. Onların geri qaytarılması məsələsi bu mənalarda real deyil. Amma hər halda parlamentdə təmsil olunduğum vaxtlar bir məsələ qaldırmışdım. Hesab edirəm ki, bu gün də bu məsələ öz aktuallığını saxlayır. Qaldırdığım məsələ bundan ibarət idi ki, Avropada Dövlət Neft Fondunun vəsaitləri üç faizlə işlətməyə, yəni kredit verilir. Bunu ingilis, fransız və.s kimi gənclərə verirlər. Təklif etmişdim ki, o vəsaitlərin bir hissəsi Azərbaycana gətirilsin, həmin üç faizlə ölkəmizin gənclərinə verilsin. Şərt də qoymuşdum. Demişdim ki, şərt qoyun, əsgərlikdən gələn hər bir gəncə, kənddən gələn gənclərə kənd yerlərində istehsalla bağlı verdikləri layihəyə görə üç faizlə kredit verilsin, eyni zamanda, kənd ərazisində torpaq sahəsi ilə təmin edilsinlər. Ona görə ki, adam orada özünə ev tikə bilsin, həm də iş yerini açsın. Həm evi olur, həm də bir neçə ailəni işə götürür.
Bununla bir neçə məsələ həll olunur. Nəticədə onun xaricə getməsinə də ehtiyac qalmır. Şəhərdən əsgərliyə gedən gənclər isə qayıdan kimi şəhərdə, yaxud şəhər ətrafında bir işlə bağlı layihə verirsə, o da üç faiz kredit alsın, yuxarıda dediklərim ona da şamil olunsun. Hətta onu da demişdim ki, elə məmurlar var ki, hektarlarla əraziləri var, onu gənclərə versinlər. Təsəvvür edin ki, bu dediklərimlə yüz minlərlə insan mənzil problemini həll edər, hər kiçik iş adamı eyni zamanda, bir neçə nəfəri işlə təmin edir. Bütün bu yollarla Rusiyaya gedənlərin qarşısını almaq olar. Mən başqa yerlərə getməyin əleyhinə deyiləm. Amma etiraf edək ki, orada gənclərimiz qanundan kənar nigahda yaşayırlar və orada daimi yaşamağa başlayırlar. Hətta səsləndirdiyim bu fikirlər burada birmənalı qarşılanmadı. Amma bir daha deyəcəm ki, ölkəmizdə yüz minlərlə gül kimi qızlarımız evdə qarıyırlar. Bu çox ciddi məsələdir. Ailələr dağılır. Fikirlərim yenə də qüvvədədir. Azərbaycan tərəfi qabaqlayıcı tədbirlər kimi o vəsaitləri gətirib gənclərimizə üç faizlə verməlidir. Pandemiya dövründə bu çox vacib olacaq. Çünki iş yerləri itirilib. Miqrantlar əgər gələrsə, məhz bu cür qarşılamaq lazımdır. Rusiyada məmurun deməsi ki, guya miqrantlar ölkələrinə qayıdarsa, problem yaranar, bu, doğru deyil. Düşünürəm ki, bu fikirlər qorxuzmaq üçün də səslənə bilər. Rusiya miqrantlarsız ayaqüstə dura bilməz. Amma biz hər halda yuxarıda dediyim formada qabaqlayıcı tədbirlərimizi görməliyik”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 1134 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |