Şrift:
Amerikanın İrana ixracatı yarıdan da aşağı enib
07.08.2020 [12:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə ABŞ-ın Dövlət Statistika Mərkəzinin yaydığı hesabatda məlumat verilir.


Bildirilir ki, bu rəqəm keçən ilin analoji dövrü ilə müqayisədə ixracatın həcmində yarıdan da çox azalmanın olduğundan xəbər verir.


Cari ilin ilk aytı altında ABŞ-ın İrandan etdiyi idxalat isə 3 milyon dollar təşkil edib.


ABŞ-ın İrana ixrac etdiyi əsas məhsullar tibbi ləvazimatlar, dərman və qida məhsullarından ibarət olub.


Sanksiyalardan qabaq İran Amerikaya əsasən xalça, püstə və şirniyyat məhsulları ixrac edirdi. Lakin ABŞ 2018-ci ildə nüvə razılaşmasından çıxdıqdan sonra İrandan ölkəyə xalça idxalını qadağan edib.


ABŞ-ın Dövlət Statistika Mərkəzinin yaydığı məlumatda qeyd edilir ki, cari ilin ilk 6 ayı ərzində İrandan bu ölkəyə edilən idxalatın 87%-i fevral ayında baş tutub. Aprel və may aylarında bu rəqəm sıfıra bəyabər, digər aylar ərzində isə çox aşağı səviyyədə olub.


Keçən il də İranın ABŞ-a ixracatı yanvar, aprel, avqust və son 3 ay ərzində 0-a bərabər olmuşdu. Başqa sözlə desək, 2019-cu ilin yarısında ABŞ-a heç bir məhsul sata bilməmişdi.


2019-cu ildə ABŞ-ın İrana ixracatı 77 milyon dollara yaxın, bu ölkədən idxalatı isə 1.4 milyon dollar təşkil etmişdi.
Bu xəbər oxucular tərəfindən 850 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed