07.08.2020 [14:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Şəhriyar İnqilab Məhkəməsi bəhailər, Kiyanuş Salmanzadə, Cəmilə Pakru, Peyman Mənəvi, Pəyam Şəbani, Pərvan Mənəvi, İlham Salmanzadə, Humən Xoşnam, Neda Şəbani və Suruş Agahi-ni sistemə qarşı təbliğat aparmaqda günahlandıraraq, onların hər birini 1 il həbsə məhkum edib.
ETTELAAT əməkdaşları Kərəcin Əndişə məntəqəsində yaşayan hər 9 bəhaini 2018-ci ilin sentyabr-dekabr ayları arasında tutub Tehranın Evin zindanına aparmışdılar. Bəhailərin mənzillərində yoxlama aparılmış, onlara məxsus noutbuklar, mobil telefonları, dini kitablar və bir sıra digər şəxsi əşyalar götürülmüşdü.
Bəhailər qısa bir müddət həbsdə saxlandıqdan sonra mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq, məhkəmələrinin keçirilməsinə qədər sərbəst buraxılmışdılar.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz buna görə də, son 41 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı qatı “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə qədər, ölkədə yüzlərlə bəhai edam edilib.

Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |