Şrift:
İranda daha 156 nəfər koronavirusdan ölüb, 2450 nəfər pandemiya xəstəliyinə yoluxub
07.08.2020 [14:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə avqustun 7-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 18 132 nəfərə, xəstəliyə yoluxanların sayı isə 322 567 nəfərə çatıb.


Sima Sadat Lari deyib ki, indiyədək 279 724 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4136 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 18 132 nəfərə, yoluxanların sayının isə 322 567 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 84 500 nəfəri keçdiyini, 6 milyon 350 mindən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed