Şrift:
Türkiyədə koronavirus peyvəndi üzərində çalışmalar sürətləndirilib
10.08.2020 [09:21] - Xəbərlər, Sağlıq
Yeni tip koronovirus (COVID-19) infeksiyasına qarşı peyvənd işlərinə görə, Türkiyə Ümumdünya Səhiyyə Təşkilatının siyahısında yerli peyvənd inkişaf etdirən ölkələr arasında ABŞ və Çindən sonra üçüncü sıradadır.

Bu məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlum pandemiya ilə bağlı ölkədəki vəziyyətdən bəhs edərkən bildirib. Koronovirus peyvəndi üzərində çalışmaların daha da sürətləndiyini ifadə edən dövlət başçısı vurğulayıb ki, Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən yaradılan “COVID-19” Türkiyə Platforması 8 müxtəlif peyvənd və 10 fərqli dərman layihəsi üzərində çalışır. Bu sahədə iki peyvənd nümunəsi heyvanlar üzərində uğurla təcrübədən keçirilib. Onlardan biri təsdiqlənərək insanlar üzərində klinik sınaq işi mərhələsinə gətirilib.

Qeyd edək ki, Türkiyədə yeni tip koronavirus pandemiyasına qarşı çoxistiqamətli tədbirlər görülməsinə baxmayaraq, hazırda gündəlik aşkar edilən yoluxma sayında artım müşahidə olunur. Avqustun 9-da ölkə üzrə 61 min 446 nəfər testdən keçirilib. Onlardan 1182 nəfər xəstə çıxıb. Bu göstərici dünənkindən on nəfər artıqdır. Gün ərzində 15 nəfər bu xəstəlikdən ölün 1103 nəfər sağalıb.
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed