05.11.2012 [12:07] - Gündəm, İqtisadiyyat
Azərbaycan əsilli iş adamı Qabil Həsənov Türkiyədə “Tez Tour” şirkətinə məxsus olan, Sidedə yerləşən beş ulduzlu “Amara Beach Resort Comfort” oteli alıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, 208 nömrəsi olan otelin satış qiyməti barədə məlumat verilmir.
“Amara Beach Resort Comfort” oteli bundan sonra “Alvadonna Beach Resort Comfort” adı altında xidmət göstərməyə davam edəcək. Satış barədə məlumat otelin saytında da yerləşdirilib.
Qeyd edək ki, Qabil Həsənovun Antalyanın Belek rayonunda da “Alva Donna” adında beş ulduzlu bir oteli var

Bu xəbər oxucular tərəfindən 1130 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |