10.08.2020 [09:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı fəallar paylaşılan tvitlərin şəkillərindən video-çarx da hazırlayıblar. Onlar bu video-çarxı sosial şəbəkələrdə yayaraq Azərbaycanın vətəndaş cəmiyyətindən və dünya ictimaiyyətindən Güney Azərbaycanda baş verən insan hüquqları pozuntularına etinasız qalmamalarını tələb etdilər.
Qeyd edək ki, yüzlərlə güney azərbaycanlı, eləcə də İranda yaşayan qeyri-fars millətlərin nümayəndələri iyulun 31-dən başlayaraq Əmir Əmininin və ana dilində məktəb tələb etdikləri üçün həbs edilən digər milli fəalların azadlığını tələb edən statuslar paylaşıblar.
Sosial şəbəkə istifadəçiləri paylaşdıqları statuslarda Tövhid Əmir Əmini, Kiyanuş Aslani, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Manaflı və Ana dili həştəqlərindən istifadə ediblər.
Tövhid Əmir Əmini Beynəlxalq Ana Dili günü münasibəti ilə təbrik posterləri payladığına görə Kiyanuş Aslani ilə birlikdə 2019-cu ildə saxlanılaraq 7.5 il həbs cəzasına məhkum edilib.
Həmçinin yanvarın 20-də Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |