Şrift:
İranda daha 163 nəfər koronavirusdan ölüb, 2020 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb
10.08.2020 [09:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə avqustun 9-da məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 18 427 nəfərə, infeksiyaya yoluxanların ümumi ayı isə 326 712 nəfərə çatıb.


Sima Sadat Larinin bildirdiyinə görə, indiyədək 284 371 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4022 nəfərin vəziyyəti ağırdır.


Sima Sadat Lari, ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 18 427 nəfərə, yoluxanların sayının isə 326 712 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 85 500 nəfəri keçdiyini, 6 milyon 500 mindən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed