Şrift:
Güney azərbaycanlı milli fəal Mehdi Əmirinəjad sərbəst buraxılıb
10.08.2020 [09:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Milli fəal aprel döyüşləri zamanı Azərbaycana dəstək aksiyalarında iştirak etdiyi üçün 2016-ci ilin may ayında 5 milli fəalla birlikdə Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, 3 ay saxlandıqdan sonra 500 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdı.





Fəallar ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı maarifləndirmə fəaliyyəti ilə məşğul olduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, əsassız etiraflar üçün ağır işgəncəyə məruz qalıblar.





Fəal qanunsuz “Gamo” qrupunun yaradılmasında iştirak etməkdə və casusluqda ittiham olunaraq Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən 2 il həbs cəzasına məhkum edilmişdi.

Əmirinəjad 2020-ci ilin aprel ayında ümumi əfvdə sərbəst buraxılsa da azadlıq xəbəri həmin vaxt yayımlanmayıb.





O, məhkəmənin irəli sürdüyü bütün ittihamları əsassız adlandırıb.
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed