05.11.2012 [12:24] - Gündəm, Hüquq
Türkiyə Məhkəmə tibbi ekspertizasının sədri Haluk İnce ölkənin 8-ci prezidenti mərhum Turqut Özalın bədəninin qalıqlarından zəhər tapılması barədə “Bügün” qəzetində çıxan xəbərləri təkzib edib. Bəzi məlumatlara sahib olduqlarını deyən İncə heç kimlə paylaşmadıqları bu məlumatlarla bağlı heç bir nəticə də əldə etmədiklərini vurğulayıb. “Biz cəsədin qalıqlarından “Bugün” qəzetinin iddia etdiyi maddəni tapmamışıq. Bu xəbər necə hazırlanıb, o barədə də məlumatımız yoxdur. Hazırda araşdırmalarımız davam edir və yaxın günlərdə əldə edəcəyimiz hesabatı Məhkəmə tibbi ekspertizası 1-ci ixtisas qurumuna göndərəcəyik.
Haluk İncə həmçinin qurumun bu hesabatı ən tez 1 ay sonra Baş Prokurorluğa göndərəcəyini deyib. “Ümid edirəm ki, qurum bu hesabatı dekabr ayında Baş Prokurorluğa göndərəcək. Hesabatın nəticələrini isə biz açıqlamayacağıq. Bu prokurorluğun işidir və ehtiyac olsa məlumatları ictimaiyyətlə paylaşacaq”.
Qeyd edək ki, ötən gün Türkiyədə nəşr olunan “Bugün” qəzeti 8-ci prezident Turqut Özalın cəsədinin qalıqlarından yüksək dozada “strixnin kreatin” maddəsi tapıldığını, bu zəhərdən itlərin və siçanların öldürülməsində istifadə olunduğunu yazmışdı.
Xatırladaq ki, Türkiyənin 8-ci prezidenti Turqut Özalın zəhərlənərək öldürülməsi barədə iddiaların ortaya atılmasından sonra prokurorluq ölümün dəqiq səbəblərinin araşdırılması üçün sabiq ölkə rəhbərinin meyitinin ekshumasiyasına qərar vermişdi. Qeyd edək ki, oktyabrın 2-də bu qərar icra olunub və Turqut Özalın nəşi məzardan çıxarılaraq məhkəmə tibb ekspertizasına göndərilib.

Bu xəbər oxucular tərəfindən 1440 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |