Şrift:
Minu Mohrəz: “Koronavirus mutasiya edib. Payızda vəziyyətimiz daha pisləşəcək”
10.08.2020 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məhərrəmlik mərasimləri keçiriləcəyi təqdirdə “Covid-19” infeksiyasının əhali arasında geniş yayılcağı barədə xəbərdarlıq edən Minu Mohrəz deyib ki, İran Səhiyyə Nazirliyinin mövcud tövsiyə və protokolları məhərrəmlikdə xəstəliyə yoluxmanın qarşısını ala bilməyəcək: “ Biz koronavirusla mübarizədə qətiyyət göstərməmişik. Halbuki, bu virus mutasiya edib və əvvəlkindən daha güclənib. Belə ki, onun yoluxdurma gücü demək olar ki, təxminən 10 dəfə artıb. Vəziyyət belə gedərsə, payızdan başlayaraq bizim xəstəliklə bağlı vəziyyətimiz daha da pisləşəcək.


Hazırda ölkənin bir çox əyalətlərində, o cümlədən də Tehran əyalətində xəstəxanaların əksəriyyəti xəstələrlə doludur və hətta reanimasiya şöbələrində belə boş çarpayı yoxdur.


Məhərrəmliyə və onunla bağlı mərasimlərin keçirilməsinə gəlincə, hesab edirik ki, məhərrəmlik mərasimlərində maska taxmaqla xəstəliyin yayılmasının qarşısını almaq mümkün olmayacaq. Çünki, bu mərasimlərə qatılan əzadarlar göz yaşları və tər tökəcək, maskalar da islanacaq. Maska da islanarsa artıq işə yaramıyacaq. Məhərrəm ayının əzadarlıq mərasimi adi bir toplantı və ya yığıncaq deyil və belə bir mərasimdə sosial məsafə saxlamaq və ona riayət etmək heç cürə mümkün olmayacaq.


Düşünürəm ki, məhərrəmlik mərasimində koronavirusun geniş yayılma təhlükəsi barədə media vasitəsilə insanlara xəbərdarlıq edilməlidir. Xəstəliyin yayılmasının qarşısını almaq üçün yaxşısı budur ki, bu il əzadarlar evdə qalıb əzadarlıqlarını evlərində etsinlər və belə mərasimlərin “Hüseyniyyələr”də keçirilməsi də dayandırılsın” –deyə, İranda Koronavirusla Mübarizə Milli Qərargahının elmi komitəsinin üzvü Minu Mohrəz əlavə edib.
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed