Şrift:
Güney azərbaycanlı milli fəal təhdid edilib
10.08.2020 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təhlükəsizlik qüvvələri avqustun 7-də Süleymanzadəyə zəng edərək onun polis bölməsinə müraciət etməsini istəyiblər. Onlar həmçinin Süleymanzadəyə polis idarəsinə getmədiyi təqdirdə həbs olunacağını bildiriblər.





Məlumata əsasən, polis idarəsində milli fəaldan mobil telefonunu istəyiblər, lakin Süleymanzadə telefonunun üstündə olmadığını bildirib.

Daha sonra məmurlar deyən Süleymanzadəni tutuqlu vəziyyətdə evinə və iş yerinə götürərək oralarda axtarış aparıblar. Mobil telefonu tapa bilməyən məmurlar fəalı yenidən polis bölməsinə qaytarıblar.





Polis bölməsində neçə saat saxlanılan Süleymanzadə məmurların kobud sözlərinə və təhqiredici davranışlarına məruz qalıb.





Bəzi məlumatlara görə, Sülyemanzadənin polis bölməsinə çağırılaraq hədələnməsinin səbəbi onun Binab sakini olan digər milli fəal Səid Minayi ilə əlaqə saxlamasıdır.
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed