Şrift:
İran embarqodan çıxmaq üçün Belarusa ümid bağlayır
05.11.2012 [12:36] - Güney Azərbaycan xəbərləri, İqtisadiyyat
İranlı nümayəndə heyəti Belarusa səfər ediblər. İranın Minskdəki səfiri Seyid Abdolla Hüseyn bildirib ki, Belarus İranın dünya bazarına çıxması üçün önəmli imkanları olan ölkədir. Bu barədə Rusiya mətbuat xəbər yayıb.

O, Rusiya, Ukrayna və Belarusun İranın dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayacağını deyib. İranlı diplomat onu da qeyd edib ki, Belarus iqtisadiyyatına sərmayə qoymaqla da İran iqtisadiyyatını inkişaf etdirə bilər.

Qeyd edək ki, böyük iqtisadi çətinliklərlə üzləşən İran ölkə iqtisadiyyatını qaldırmaq üçün digər ölkələrlə əməkdaşlığa xüsusi diqqət ayırır. Bu sahədə ən yaxşı əməkdaşlıq isə “Rusiya klubu”na aid olan ölkələrlə qurula bilər.
Bu xəbər oxucular tərəfindən 1352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed