Şrift:
Gələn il ümumdünya Nizami Gəncəvi ili olacaq
05.11.2012 [12:51] - Mədəniyyət
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakıda Nizami Gəncəvinin əlyazmalarından ibarət “Şərq İnciləri” adlı sərgi keçirilib. Sərgidə dahi şairin orijinal əl yazmaları ilə birgə azərbaycanın klassik ədəbiyyatına aid nüsxələr də nümayiş olunub. Nizami Gəncəvinin təntənəli şəkildə qeyd olunan 870 illik yubileyinin davamı olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şairin zəngin irsinin təbliği məqsədilə silsilə tədbirlər həyata keçirilir.Nizami Gəncəvi irsinin təbliği baxımından paytaxt Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının tarix muzeyində “Xəmsə”dən orijinal əl yazmalar və kitablar sərgilənib. Həmçinin sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə YUNESKO tərəfindən Nizami Gəncəvi adına təsis olunan mükafatın təqdimatı olub. Mükafat kimi təqdim olunacaq zeytun ağacının budağı, əsasən, gümüş və bürüncdən ibarətdir.Sərgidə 2013-cü ilin ümumdünya Nizami Gəncəvi ili kimi qeyd edilməsinin rəsmi elan olunacağı gözlənilir. Bildirək ki, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freiberqa 2013-cü ilin ümumdünya Nizami Gəncəvi ili elan olunması ilə bağlı YUNESKO-ya təkliflə müraciət ediblər və təklif qəbul olunub. Gələn ilin əvəllərindən başlayaraq dünyanın hər yerində Nizami Gəncəvi ilə bağlı tədbirlər keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed