11.08.2020 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 200 nəfərinin COVID-19 testi pozitiv çıxıb.
Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 794 nəfərə çatdığını bildirib.
“İnfeksiyaya yoluxanlardan 123 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 32 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.
Zəncan əyalətində də son 24 saatda daha 15 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 857 nəfərin koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.
Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 4 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 383 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 3 min 40 nəfərinin tam sağaldığını bildirib.
Qızılbaş həmçinin qeyd edib ki, hazırda 394 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.
Ərdəbildə isə Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, 347 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 69 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.
Həbibzadənin dediyinə görə, əyalətdə son 24 saatda 45 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 6 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.
Güney Azərbaycanın Qəzvin əyalətində də son 24 saatda 30 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, hazırda əyalətdə COVID-19 virusuna yoluxan 297 nəfər xəstəxanalarda müalicə alır.
O həmçinin keçən gün daha 1 nəfərin koronavirusdan öldüyünü bildirib.
Həmədan əyalətində də, avqustun 8-də verilən məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 277 nəfərə, koronavirus qurbanlarının ümumi sayı isə 412 nəfərə çatıb.

Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |