Şrift:
İranda daha 184 nəfər koronavirusdan ölüb, 2345 nəfər xəstəliyə yoluxub
11.08.2020 [14:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə avqustun 11-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 18 800 nəfərə, xəstəliyə yoluxanların ayı isə 331 189 nəfərə çatıb.


Sima Sadat Lari bildirib ki, indiyədək 288 620 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda qeyd edib ki, “Covid-19” infeksiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3983 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 18 800 nəfərə, yoluxanların sayının isə 331 189 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 86 700 nəfəri keçdiyini, 7 milyondan çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed