Şrift:
Cənubi Koreyada güclü yağışlar 33 nəfərin ölümünə, 9 nəfərin itkin düşməsinə səbəb olub
12.08.2020 [09:37] - Gündəm, Hadisə
Koreya Respublikasında davamlı leysan səbəbindən rekord sayda ölüm faktı qeydə alınıb. Avqustun 1-dən bəri ölkədə 33 nəfər ölüb, 9 nəfər itkin düşüb, 8 nəfər xəsarət alıb. Bu barədə təbii fəlakət və qəzalar üzrə mərkəzi qərargah məlumat yayıb

TASS informasiya agentliyi xəbər verir ki, təbii fəlakət nəticəsində 7 mindən çox insan təxliyə edilib. Onlardan çoxu indiyədək evə qayıda bilməyib. Altı minədək evə, bir o qədər kənd təsərrüfatı istixanasına, 2,5 min heyvandarlıq təsərrüfatına və anbarına zərər dəyib. Ölkə üzrə 27 min hektar kənd təsərrüfatı torpaqlarını su basıb.

Hökumət yağışdan daha çox zərər dəymiş bəzi regionları, əlavə olaraq xüsusi fəlakət zonası elan etməyi planlaşdırır. Ötən həftə bu siyahıya yeddi rayon daxil edilib.

Hökumət orqanları, həmçinin bildirib ki, təbii fəlakətdən zərər çəkmiş insanlara maliyyə yardımının həcmi iki dəfə artırılacaq.
Bu xəbər oxucular tərəfindən 914 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed