Şrift:
İran prezidentinin Nyu-Yorka səfəri qalmaqalla başlayıb
19.09.2011 [12:30] - Xəbərlər
Kolumbiya Universiteti onun çıxışına icazə verməyib

İran prezidenti Mahmud Əhmədinejat bu gün Nyu-Yorka yola düşüb. O, BMT Baş Assambleyasının 66-cı sessiyasında iştirak edəcək. Bu, İran prezidentinin ABŞ-a 7-ci səfəridir. Onu Nazirlər Kabinetinin üzvləri və prezident administrasiyasının nümayəndələri müşayət edir.
Əhmədinejatın səfəri artıq qalmaqalla başlayıb. Belə ki, Kolumbiya Universiteti İran prezidentinin tələbələr qarşısında çıxışına icazə verməyib. Buna ikili vətəndaşlığı olan İsrailli Amerika tələbələrinin Universitet rəhbərliyinə müraciəti səbəb olub.
Bu xəbər oxucular tərəfindən 1258 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed