Şrift:
"Ermənistanın bütün təxribatları fiaskoya uğrayacaq"
05.11.2012 [14:19] - Siyasət
"Xankəndi hava limanının açılışı heç bir şeyi deyişən deyil və Ermənistanın istəkləri fiaskoya uğrayacaq".

Bu sözləri İğdırdan Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksel Gülbey söylədi.

"Ermənistan hər zaman olduğu kimi, yenə də öz ampulasındadır. Amma Ermənistanda bir şeyi nəzərdən qaçırırlar ki, bu torpaqlar Azərbaycanın ərazisidir və beynəlxalq ictimaiyyət Azərbaycanın torpaq bütünlüyünü tanıyır. Hansısa bir hadisə baş verərsə, əsas məsuliyyəti Ermənistan daşıyacaq.

Bu məsələ ilə bağlı, Azərbaycanın istənilən addımı atmaq hüququ var. Artıq Azərbaycan dünya birliyinə göstərməlidir ki, Ermənistan danışıqlar prosesinə sadiq deyil və öz təxribatlarını davam edirməkdədir", - deyə Göksel Gülbey qeyd etdi.

E.Eltürk
Bu xəbər oxucular tərəfindən 1058 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed