12.08.2020 [09:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadə avqustun 10-u axşam saatlarında mediaya açıqlamasında məlumat yayıb.
Həbibzadə deyib ki, son bir gün ərzində 47 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb: “Hazərda Ərdəbil əyalətinin müxtəlif şəhərlərinin xəstəxanalarında 345 nəfər müalicəsini davam etdirir və onlardan 63 nəfəri xüsusi rejimli xəstəxanaların reanimasiya şöbələrində saxlanılır.
Təəssüflər olsun ki, son bir gün ərzində daha 8 nəfər xəstəlikdən vəfat edib” –deyə, Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadə əlavə edib.
Avqustun 11-də isə Zəncan əyalətinin Tibb Universitetinin rektoru Pərviz Qızılbaş mediaya açıqlamasında Zəncanda koronavirusla bağlı son vəziyyət barədə məlumat yayıb.
O bildirib ki, Zənan əyalətində koronavirus yayılmağa başladığı gündən bu yana pandemiya yoluxucu xəstəliyinə tutulan 8900 nəfər xəstəxanalara yerləşdirilib: “Hazırda isə 360 nəfər əyalət xəstəxanalarında müalicəsini davam etdirir.
Biz hazırda xəstəliyin pik vəziyyətindəyik və hələ ki, bu mərhələni geridə qoymamışıq. Hesab edirəm ki, biz yaxın həftələrdə Zəncan əyalətində “Covid-19” xəstəliyinə yoluxanların sayının sabit olacağının şahidi olacağıq.
Lakin əgər insanlar maska taxmasalar və gigiyena qaydalarına riayət etməsələr, biz yenidən ölüm hallarının sayının artmasının şahidi olacağıq” –deyə, Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş bildirib.

Bu xəbər oxucular tərəfindən 363 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |