05.11.2012 [14:38] - Gündəm, Siyasət
Amerikanın Erməni Milli Komitəsi ABŞ-da (Amerika Birləşmiş Ştatları) keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb.Erməni mətbuatının verdiyi məlumata görə, ABŞ-dakı prezident seçkilərində Obama ilə Rominin arasında seçimlə əlaqədar komitə heç kəsi dəstəkləməməyi üstün tutub.
Mitt Romninin laqeydliyi, həmçinin onun biznes imkanları belə nəticəyə gəitirib çıxarıb ki, erməni məsələsi onun üçün təhlükəli seçim olacaq. Barak Obamaya gəlincə, o, erməniləri çox məyus edib.
Ermənilər düşünürdülər ki, Obama öz sələfiylə həmrəy olmayacaq və ermənilərin “Soyqırımının tanınması” istiqamətində vədinə əməl edəcək. Lakin Obama and içəndən sonra ilk səfərini məhz Türkiyəyə etdi.
Əgər Romni indi ermənilərin “Soyqırımının tanınması”nı dəstəkləyəcəyini elan etsə, onda aydın olar ki, o, var gücü ilə seçici səsi qazanmağa çalışır.
Komitənin yaydığı bəyanatda o da bildirilir ki, Obama verdiyi vədi yerinə yetirsəydi, bu gün özünə hər bir erməninin səsi ilə zəmanət qazanardı.
Ancaq görünən odur ki, seçkidə hər bir səs böyük məna kəsb etsə də, prezidentliyə namizədlərin heç biri "Erməni soyqırımı" məsələsinin qaldırılmasında maraqlı deyil.

Bu xəbər oxucular tərəfindən 1235 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |