Şrift:
İranın Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 820 nəfərə çatıb
12.08.2020 [14:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Əlbürz Tibb Universitetinin rektoru Hüseyn Kərim avqustun 12-də mediaya açıqlamasında məlumat yayıb.


Rektor bildirib ki, son bir sutka ərzində koronavirus daşıyıcısı olmaqda şübhəli bilinən 574 nəfər tibb mərkəzlərinə müraciə edib və onlardan 85 nəfəri müxtəlif xəstəxanalara yerləşdirilib: “Hazırda 533 nəfər xəstəxanalarda müalicəsini davam etdirir və onlardan 218 nəfərin qəti şəkildə “Covid-19” infeksiyasına yoluxması təsdiq edilib. Həmçinin hazırda vəziyyəti ağır olan xəstələrin sayı 125 nəfərdir və xəstələrin əksəriyyətinin yaşı isə 50-dən aşağıdır.


Təəssüflər olsun ki, son 24 saat ərzində pandemiya yoluxucu xəstəliyindən 6 nəfər həyatını itirib və bununla da indiyədək Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 820 nəfərə yüksəlib.


Dünəndən bu günə qədər 70 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb və bununla da bu günə qədər evə buraxılanların sayı 12 437 nəfərə çatıb” –deyə, Əlbürz Tibb Universitetinin rektoru Hüseyn Kərim əlavə edib.
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed