Şrift:
Ruhani: "Biz adi vəziyyətdə deyilik"
12.08.2020 [14:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bu sözləri hökumət kabinetinin bu gün keçirilən iclasında səsləndirib.


"Biz hazırda adi vəziyyətdə deyilik. Dövləti tarixin ən güclü sanksiyalarının tətbiq edildiyi bir vəziyyətdə idarə edirik. Hansı ki, düşmənlərimiz bunun qarşısında yalnız bir neçə ay tab gətirəcəyimizi düşünürdü", - deyə Ruhani əlavə edib.


Qeyd etmək lazımdır ki, Tramp administrasiyasının 2018-ci ildə nüvə razılaşmasından çıxaraq, İrana qarşı sanksiyaları yenidən tətbiq etməsi nəticəsində bu ölkənin iqtisadiyyatı iflic vəziyyətə düşüb. Xüsusilə də, İranın gəlirlərinin böyük hissəsini təşkil edən neft satışı dəfələrlə azalıb.


İranın vitse-prezidenti İshaq Cahangiri bir neçə gün əvvəl bildirib ki, sanksiyalardan əvvəl ölkə sanksiyalardan əvvəl qara qızıl satışından 100 milyard dollar qazanırdı, lakin bu rəqəm keçən il 7 milyard dollardan da aşağı düşüb.
Bu xəbər oxucular tərəfindən 577 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed