12.08.2020 [15:44] - Gündəm, Sağlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı vaksin yaradılması məsələsi barədə Rusiya Federasiyası ilə sıx əlaqə saxlayır. BMT-nin rəsmi saytı xəbər verir ki, ÜST-nin mətbuat katibi Tarik Yasareviç Cenevrədə brifinqdə bu barədə danışıb. O bildirib ki, ÜST bu vaksinin ilkin qiymətləndirməsi məsələsini müzakirə edir.
KİV-lərdə yayılmış məlumata görə, Rusiya Prezidenti onun ölkəsində koronavirusa qarşı vaksinin qeydiyyata alındığını bəyan edib. Rusiya Federasiyasının Prezidenti qeyd edib ki, bu vaksin onunla peyvənd edilmiş insanlarda COVID-19-a qarşı davamlı immunitet yaradır və hər hansı ciddi fəsadlara səbəb olmur. ÜST-də bu bəyanatı şərh edərək deyiblər: “Biz Rusiyanın səhiyyə orqanları ilə sıx əlaqə saxlayırıq və vaksinin ilkin qiymətləndirməsi məsələsi ilə bağlı müzakirələri davam etdiririk. Hər hansı vaksinin ÜST tərəfindən ilkin qiymətləndirməsi onun hər tərəfli yoxlanmasını, klinik sınaqlar dövründə təhlükəsizlik və səmərəlilik barədə toplanmış zəruri məlumatları qiymətləndirilməsini əhatə edir”.
Tarik Yasareviçin sözlərinə görə, bu preparatın vaksinlər istehsalına dair beynəlxalq standartlara nə dərəcədə müvafiq və təhlükəsiz olması barədə ÜST rəyi verməlidir.
ÜST-nin mətbuat katibi vurğulayıb ki, bu gün yeni koronavirusun müalicəsi üçün təhlükəsiz və səmərəli vasitələr yaradılması prosesini sürətləndirmək üçün bütün vasitələr səfərbər edilməlidir. Bununla bərabər, Yasareviç qeyd edib ki, bu prosesi təhlükəsizlik hesabına sürətləndirmək olmaz. O deyib: “Bir neçə namizəd vaksinin yaradılması işlərinin sürəti ümidvericidir və güman edirik ki, onlardan bəziləri təhlükəsiz və səmərəli olacaq, biz kifayət qədər doza ala biləcəyik və onları bütün dünya üzrə bərabər paylayacağıq”.
Xatırladaq ki, ÜST rəhbərinin bəyanatına görə, COVID-19-a yoluxma hallarının sayı bu həftə 20 milyona, koronavirusla bağlı ölüm hallarının sayı isə 750 mindən çox ola bilər.

Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |