13.08.2020 [09:55] - Gündəm, İdman
Azərbaycan Velosiped İdmanı Federasiyasının 23 yaşadək gənclər yığmasının üzvlərinin iştirakı ilə Tovuz rayonunda təlim-məşq toplanışına start verilib.
COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejiminin yumşaldılması çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 avqust tarixindən etibarən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verməsi buna şərait yaradıb. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun sonunadək Tovuzda hazırlıq keçəcək yığma üzvlərinin sentyabrda Türkiyədə reallaşacaq bir neçə beynəlxalq turnirdə, həmçinin İsveçrədə təşkil olunacaq dünya çempionatında iştirakı planlaşdırılır.
Qeyd edək ki, Fransa hökumətinin 2 həftəlik karantin tələbi səbəbindən yığma komandamız avqustun 24-28-də bu ölkədə təşkil ediləcək Avropa çempionatında iştirak edə bilməyəcək.

Bu xəbər oxucular tərəfindən 701 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |