Şrift:
Amerika və Almaniyadan Rusiyanın koronavirus vaksininə reaksiya: "Prioritet xəstələrin təhlükəsizliyidir"
13.08.2020 [10:04] - Gündəm, Sağlıq
Tayvanda səfərdə olan ABŞ-ın Səhiyyə naziri Aleks Azar məsələ ilə əlaqədar məqsədlərinin vaksin tapmaqda ilk ölkə olmaq deyil, Amerika xalqına və dünyaya təhlükəsiz və effektiv olan vaksini tapmağın olduğunu deyib.


O vurğulayıb ki, vaksinin təhlükəsiz və təsirli olduğuna əmin olmaq üçün şəffaf məlumatlara ehtiyac var.


Aleks Azar sonda qeyd edib ki, ölkəsi hazırda Covid-19 infeksiyasına qarşı 6 vaksinin sınaq və istehsal mərhələsi üzərində işləyir.


ABŞ-ın Səhiyyə nazirindan başqa, Almaniya da Rusiyanın hazırladığı vaksinin təhlükəsiz və effektiv olması ilə bağlı tərəddüdünün olduğunu ifadə edib.


Almaniyanın Səhiyyə Nazirliyi yaydığı bəyanatda bildirib ki, yalnız Avropa İttifaqında hazırlanmış və kliniki tədqiqatları da burada tam olaraq həyata keçirilmiş vaksindən istifadə edəcəklər.


Rusiyanın hazırladığı vaksinin keyfiyyəti, səmərəliyi və təhlükəsizliyi barədə heç bir dəqiq məlumat yoxdur. Bizim üçün əsas prioritet xəstələrin təhlükəsizliyidir", - deyə bəyanatda vurğulanır.


Digər tərəfdən, Ağ Evin müşaviri Keliyan Konvey də vaksinlə bağlı tərəddüdlərini ifadə edib.


O bildirib ki, ABŞ-ın keyfiyyət sahəsində mövcud olan meyarları Rusiyanınkından dəfələrlə yüksəkdir.


Bizim ölkəmizdə standartları Qida və Dərman Təşkilatı təyin edir. Mənim Rusiyanın vaksinlə bağlı yaydığı bəyanatdan gəldiyim qənaət budur ki, bu ölkə sözügedən sahədə bizdən dəfələrlə geridədir", - deyə Konvey vurğulayıb.


Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putin ölkəsinin koronavirusa qarşı "sabit immunitet" yaradan vaksin istehsal etdiyini və onun sınağının uğurla tamamlandığını bəyan edib. Putin, həmçinin vaksinin qızına da vurulduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed