Şrift:
Azərbaycan kinoları ilə Londonda təbliğ olunub
06.11.2012 [11:19] - Mədəniyyət
Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi, Mədəniyyət və Turizm nazirliyi, Avropa-Azərbaycan Cəmiyyəti və Londonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan London Film Festivalı keçirilib. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi məlumat verir.

Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov tədbirdə çıxış edərək, kino sənətinin 20-ci əsrdə dünya mədəniyyətinin inkişafında misilsiz rol oynadığını qeyd edib, Azərbaycan kinosunun da bu baxımdan istisna olmadığını və dünya kinematoqrafiyasına böyük töhfə verdiyini iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycan London Film Festivalının ilk dəfə keçirildiyini və yerli tamaşaçıları Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış etmək üçün bu kimi tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayan səfir, zəngin tarixə malik Azərbaycan film janrının Böyük Britaniya tamaşaçılarına təqdim olunması baxımından gələcəkdə belə festivalların mütəmadi təşkil olunmasını vacib hesab etdiyini bildirib.

Londonda ilk dəfə keçirilən Festival Azərbaycan kino sənəti nümunələrinin Böyük Britaniyada təbliğ etmək imkanı yaratmışdır. 4 gün davam edərək uğurla başa çatmış Festivalda Azərbaycan kinematoqrafçıları tərəfindən ekranlaşdırılan 8 bədii və sənədli film nümayiş etdirilib. Nümayiş olunan filmlər iştirakçıların böyük marağına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 1205 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed