13.08.2020 [11:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bəyanatda Abbas Lisaninin qardaşı Əkbər Lisaninin dünyasını dəyişməsi ilə bağlı mərhumun ailə üzvlərinə və milli fəala başsağlığı verilərək siyasi məhbusun qardaşı ilə vidalaşması üçün qanuni məzuniyyət hüququnun təmin olunmasının zəruri olduğu vurğulanıb.
“Əkbər Lisani türk mədəni fəal və siyasi məhbus Abbas Lisaninin daimi dəstəkçisi olub. Abbas Lisaninin böyük qardaşı ilə son vida mərasimində iştirak etməsi üçün məhbusları üçün nəzərdə tutulmuş qanuni məzuniyyət hüququ var və bu qanun İranın məhkəmə orqanları tərəfindən onun barəsində icra olunmalıdır, ” deyə bəyanatda bildirilib.
Beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq 2019-cu il yanvarın 15-dən həbsdə saxlanılan Lisani hələ də həbsxanadan məzuniyyətə buraxılmır.
Həbsdə olan milli fəalın qardaşı Əkbər Lisani avqustun 11-də ürək çatışmazlığından vəfat edib.
Əkbər Lisani İran ordusunun zabitlərindən olub. O, azərbaycanlıların milli hüququ uğrundakı mübarizəsini dəstəklədiyinə görə, həmçinin Abbas Lisani ilə yaxın münasibəti səbəbilə uzun illər ordunun kəşfiyyat idarəsi tərəfindən təzyiqlərə məruz qalıb.
Qeyd edək ki, ötən ay İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb. Hazırda Ərdəbil zindanının 7-ci korpusunda saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |