Şrift:
Almaniyada ictimai yerlərdə qoruyucu maskalardan istifadə qaydalarına əməl olunmamasına görə cərimələrin məbləği artırılır
13.08.2020 [14:38] - Gündəm, Sağlıq
Almaniyanın yerli hakimiyyət orqanları ictimai yerlərdə qoruyucu maskalardan məcburi istifadə qaydalarına əməl olunmamasına görə cərimələrin məbləğini artırır

Bu tədbirlər yoluxmaların təhlükəli dərəcədə artması fonunda koronavirus infeksiyasına qarşı məhdudiyyətlərə əməl olunmasına nəzarətin sərtləşdirilməsi məqsədilə görülür. Dünəndən başlayaraq Şimali Reyn-Vestfaliya federal əyalətində ictimai nəqliyyatda maskadan istifadə olunmamasına görə cərimə 150 avroyadək yüksəlib. Bundan əlavə, sabahdan etibarən Maklenburq - Ön Pomeraniyada da cərimələr eyni miqdarda artırılacaq. Doğrudur, cərimə Şimal Reyn-Vestfaliyada olduğu kimi 30 avrodan 150 avroyadək deyil, 25 avrodan 150 avroyadək olacaq. Bu arada Şimali Reyn-Vestfaliya əyalətinin polis rəisi KİV-lərə açıqlamasında həmkarlarının qayda pozuntularına görə cərimələrin daha yüksək olacağını ehtimal etdiklərini bildirib.

Araşdırma nəticəsində məlum olub ki, indi almanların yarısı qoruyucu maska taxmağa, o cümlədən sosial məsafə saxlamağa öyrəncəlidir və onlar, bu qaydaları artıq pozmurlar. Almanların fikrincə, koronavirusa görə qadağalar bundan sonra hələ təxminən bir il də qüvvədə qalacaq.
Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed