Şrift:
Ottinger: “Azərbaycan və Türkiyənin qaz sazişi imzalaması Avropa üçün yaxşı xəbərdir”
28.10.2011 [15:50] - İqtisadiyyat
“Biz Avropa ilə Azərbaycanı birləşdirən və yetərli tranzit imkanlarına malik boru kəməri görmək istəyirik”


“Azərbaycan və Türkiyənin qaz sazişi imzalaması Avropa üçün yaxşı xəbərdir”. Bunu Avropa Birliyinin (AB) enerji komissarı Günter Ottinger Brüsseldə təşkil edilmiş beynəlxalq konfransda deyib.

Komissar bildirib ki, Avropaya nəql ediləcək Azərbaycan təbii qazı qitə boyunca Avropa Birliyinin daxili bazarı çərçivəsində paylanılacaq: “Lakin bu, yetərli deyil və bizim əsas hədəfimizi dəyişmir. Biz Avropa ilə Azərbaycanı birləşdirən və yetərli tranzit imkanlarına malik boru kəməri görmək istəyirik. Bu boru beynəlxalq hüquqa uyğun gələn güclü hüquqi baza çərçivəsində fəaliyyət göstərməlidir. Bu, həmçinin 2011-ci ilin yanvarında prezident Barozzo ilə imzlanmış müştərək Azərbaycan-Avropa Komissiyası bəyanatında Azərbaycan prezidentinin vurğuladığı üstünlükdür”.
Bu xəbər oxucular tərəfindən 1369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed